"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Mustafa Dənizlinin baş məşqçi postuna gətirilməsinə münasibət bildirib. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bilirəm ki, Dənizli Türkiyənin böyük komandalarında oynayıb, məşqçi kimi böyük uğurlar qazanıb. Hər məşqçinin öz futbol fəlsəfəsi var. Onun da bu heyətlə bağlı planları olacaq. Con Toşakın dövründəki uğursuzluq o demək deyil ki, indi də uduzmalıyıq. Biz də inanırıq ki, yeni məşqçi komandanın durumunu yaxşılaşdıracaq. Kubokla birgə 4 oyunumuz var. Uğur qazanmaq istəyirik. Bu 4 oyunda uğur qazanmalıyıq ki, yeni ildən sonra şanslarımız qalsın".
Shares: