"Xəzər Lənkəran" bu gün yeni baş məşqçisi Mustafa Dənizlinin rəhbərliyi altında ilk məşqinə çıxıb. Futbolinfo.az saytının Lənkəran müxbiri xəbər verir ki, komanda türkiyəli mütəxəssisin rəhbərliyi altında keçirilən ilk hazırlıq prosesinə tam heyətlə qatılıb.
 
AZAL-la oyun ərəfəsində əzələsini dartan və bu üzdən son matçı buraxmalı olan Etame Mbilla artıq sağalıb. O, bu gün baş tutan məşqdə komanda ilə birgə məşq edib.
 
Lakin əvəzində Dənizli Ağabala Ramazanovu komandadan ayrı məşq etdirib. Buna səbəb isə Ağabalanın ayağında ağrı olmasıdı.
Shares: