Türkiyənin “Əskişəhərspor" klubunun təcrübəli oyunçusu Dede avtomobil qəzasına düşüb. Futbolinfo.az xəbər verir ki, vaxtilə Dortmund “Borussiya”sında çıxış etmiş yarımmüdafiəçi superliqada "Karabükspor"la matçın əsas heyətina salınmadığı üçün oyunun ortasında stadionu tərk edib.
 
Avtomobilinə minərək naməlum istiqamətdə gedən braziliyalı futbolçu avtomobilini yol kənarındakı dirəyə çırpıb.
 
Qəza nəticəsində avtomobilin yararsız hala düşdüyü məlum olub. Amma futbolçunun qəzadan sağ çıxması "Əskişəhərspor" heyətinin sevincinə səbəb olub.
Shares: