"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti "Barselona"nın futbolçusu Lionel Messi haqda maraqlı sözlər işlədib. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis əlində imkanı olsa belə, heç vaxt argentinalı hücumçunun xidmətində maraqlı olmayacağını deyib:
 
"İmkanım olsa da, Messini almaram. Əvəzinə heyətdə boşluqlar olan mövqeyə yeni futbolçular gətirərdim".
 
Qeyd edək ki, Ançelotti cari mövsümün əvvəlindən Madrid klubunu çalışdırır.
Shares: