Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Rəvan” –  “Qəbələ” matçında “Qəbələ”nin 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Fərid Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Fuad Əhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Matçın 90+7-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Ramazan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
 
“Simurq” – “Qarabağ” matçının 72-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Bilal Abbaszadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
 
“Bakı” – “İnter” matçının 20-ci dəqiqəsində “İnter”in futbolçusu Elhad Nəziri əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. 
Shares: