"Real"ın (Madrid) futbolçusu Alvaro Morata mövsümün ikinci dövrəsində İngiltərə premyer-liqasında forma geyə bilər. Futbolinfo.az xəbər verir ki, "Arsenal" klubun gənc hücumçusunu yanvarda altı aylıq icarəyə götürmək barədə "Real"la razılığa gəlib.
Qeyd edək ki, Morata İspaniya U-21 millisi ilə çıxdığı 11 maçtda 12 qol vurub.





