Son günlər gündəmi zəbt edən məsəslələrdən biri də Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "Bakı" – "İnter" qarşılaşmasında "zolaqlıların" müdafiəçisi Ettonun Baçana Sxadadzeyə qarşı bilərəkdən zərbə endirməsidi. Amma nədənsə bu gün AFFA İntizam Komitəsinin iclasında bu məsələyə toxunulmayıb.
 
Futbol meydançası ilə rinqi səhv salan futbolçu hakim tərəfindən cəzalanmadığı kimi, İntizam Komitəsi tərəfindən də heç bir cəza almadı. Bu qərara "İnter"in prezidenti Georgi Nikolovun fikirlərini öyrəndik:
 
"Düzünü deyim ki, buna görə mənə nə Ettonun, nə də klubunun cəzalandırılması lazım idi. Sadəcə, insanlıq naminə etdiyi hərəkətdən sonra gəlib üzr istəyə bilərdi. Amma bunu etmədi. Heç "Bakı" rəhbərliyindən də kimsə maraqlanmadı. Amma Baçananın durumu yaxşılığa doğru dəyişir. Əməliyyata ehtiyac yoxdu. İnanıram ki, o, tezliklə məşqlərə başlaya biləcək. Həkimlər futbolçumuzun yanvar ayında sıraya dönəcəyini bildirirlər".
 
KƏMALƏ İSMAYILOVA
Shares: