Son oyunlarda “Xəzər Lənkəran”da özünü heç də yaxşı tərəfdən göstərə bilməyən Ağabala Ramazanov Premyer Liqanın digər iddialı klubuna keçə bilər. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, gənc futbolçu Qurban Qurbanovun diqqətini cəlb edib.
 
Əldə etdiyimiz digər məlumata görə, Ağdam klubunun rəhbərliyi Qurban Qurbanovun bu istəyini nəzərə alaraq, Ramazanova yüksək səviyyədə maaş da təklif edib. Gənc futbolçu özü də “Qarabağ”a keçməkdə maraqlıdı. Elə ona görə də, “ağ-yaşıllar”ın heyətində son oyunlarda istənilən səviyyədə çıxış etmir.
 
Qeyd edək ki, Ağabala Ramazanov “Xəzər Lənkəran”ın heyətində 14 oyunda meydana çıxıb və 1 oyunda ehtiyatda qalıb. Gənc hücumçu cəmi bir dəfə rəqib qapısına yol tapıb.
 
Maraq üçün xatırladaq ki, Ağabalanın böyük qardaşı Zaur Ramazanov da vaxtilə həm "Xəzər Lənkəran"da, həm də "Qarabağ"da top qovub.
Shares: