"Xəzər Lənkəran"ın qapıçısı Duqlas Leyte özünə yeni komanda tapıb. Futbolinfo.az xəbər verir ki, qapıçı Braziliyanın A2 seriyasında çıxış edən "Quarani"yə keçib.
O, artıq klubun digər iki futbolçusu ilə birgə ictimaiyyətə təqdim edilib.
Qeyd edək ki, Leyte bir neçə gün əvvəl elə Braziliya mətbuatına "Quarani"yə dönə biləcəyini açıqlamışdı. Lakin "Xəzər Lənkəran" klubla müqaviləsi olan qolkiperin heç yerə getməyəcəyini bəyan etmişdi.





