İspaniyanın “Betis” klubunda yeni baş məşqçinin adı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, dünən komanda ilə yollarını ayıran Pepe Melin əvəzinə Xuan Karlos Qarrido bu vəzifəyə təyin olunub.
Bu haqda klubun rəsmi internet saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 2013/14 mövsümünün sonuna qədər müqavilə bağlanıb.
Qeyd edək ki, Qarridonun son iş yeri Belçikanın “Brügge” komandası olub. “Betis” isə hazırda sonuncu pillədədi.






