Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, açılış matçında "Rəvan" "Qaradağ Lökbatan"la qarşılaşır.
Bu qarşılaşmanın ilk hissəsinin sonlarında 1-ci Divizion təmsilçisi azlıqda qalıb. Buna səbəb isə "aslanlar"ın yarımmüdafiəçisi Rəşad Abdullayevin cərimə meydançasında kobudluqla dayandırılması olub. Düzdü, bu epizodda baş hakim davam qərarı versə də, laysmanın israrından sonra "Qaradağ Lökbatan"ın qapısına penalti təyin olundu. Bu epizoda görə aşağı dəstə klubunun oyunçularından Ramal Hüseynova sarı, qapıçısı Elçin Cəfərova isə qırmızı vərəqə verib.
Qeyd edək ki, bu epizodda penaltini dəqiq yerinə yetirən Elnur Abdulov "Rəvan"ı 3:1 hesabıyla önə keçirib.





