"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizli maraqlı addım atıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Neftçala" ilə oyunda əvəzlənərək meydandan çıxan Etame Mbilla və Adrian Pit ehtiyat oyunçular skamyasına yollanıb.
Lakin cənub klubunun türkiyəli çalışdırıcısı onların soyunub-geyinmə otağına getmələrini tələb edib.





