Bir neçə saatdan sonra gələn il Braziliyada keçiriləcək dünya çempionatının püşkü atılacaq. Əksər komandaların baş məşqçiləri artıq özləri üçün münasib qrupları da müəyyənləşdiriblər. Belə ki, ölkə ərazisi böyük olduğundan oyunların keçiriləcəyi şəhərlərin həm vaxtı, həm də hərarətində fərqlər var. Futbolinfo.az xəbər verir ki, dünyanın böyüklüyünə görə 5-ci ölkəsində təşkilatçıların planına əsasən hər bir komanda oyunlardan birini, nəinki digər şəhərdə , həm də fərqli vilayətdə keçirməlidi.
 
Ən optimal vəziyyət H qrupunda yer alacaq komandalar üçündü. Onlar oyunlarını iqlim baxımından bir-birinə yaxın Belu-Orizonti, Rio-de-Janeyro və San-Paulu şəhərlərində keçirəcəklər. 
 
G qrupuna düşənlərin isə vəziyyəti ağırdı. Onların oyunları Barziliyanın şimalında yerləşən Fortaleza, Salvadore və Resifidə olacaq. Konkret uğursuz nömrələr də var. Bura A qrupunun 2-ci komandası aiddi. Onlar əvvəlcə mundialın start oyununda iyunun 12-də San Pauluda Braziliya ilə qarşılaşacaq. Sonra isə həmin komandanı 3880 km məsafəni qət edərək Manausa səfər gözləyir. Braziliyanın şimal-qərbində yerləşən bu şəhər həm də fərqli saat zolağındadır. 3-cü oyun üçün isə daha 4508 km məsafə qət etməklə ölkənin şərqinə Resifiyə yollanmaq lazım olacaq.
 
Bura daha bir komandanı misal çəkmək olar. E qrupunun 3-cü çıxan komandası ilk oyununu soyuq Portu Alleqridə keçirdikdən sonra isti və rütubətli Salvadora yollanmalıdı.
Shares: