Topaz Premyer Liqasının 16-cı turunun mərkəzi oyununda "Neftçi" səfərdə "Qarabağ"la qarşılaşır. Futbolinfo.az xəbər verir ki, görüşün ilk dəqiqələrində qapısında erkən qol görən lider "Neftçi" hələ ki, məğlub durumdadı – 0:1.
Paytaxt klubunun Ağdam təmsilçisinə qarşı sərgilədiyi oyun isə deyəsən komandanın azarkeşlərinin ürəyincə deyil. Belə ki, onlar tez-tez sabiq baş məşqçi Böyükağa Hacıyevlə bağlı şüarlar səsləndirirlər. Hansı ki, mövsümün əvvəlində istefa verən bu mütəxəssis indi klubun prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsində çalışır.
Qeyd edək ki, "Neftçi"yə hazırda Nazim Süleymanov rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 16-cı tura lider kimi başlayıb.





