"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunda zədələnən müdafiəçi Manuel Skarlatakenin durumundan danışıb. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar"ın türkiyəli çalışdırıcısı bunları söyləyib:
"Hələ həkimlərlə söhbət etməmişəm. Skarlatakenin özü ilə danışdım. Çox güclü ağrısının olmadığını dedi. Dirsək əzələlərində dartılma var. Yalnız müayinədən sonra vəziyyətinin dəqiq necə olduğunu deyə bilərik".





