İngiltərənin "Liverpul" klubu "Arsenal" və Madrid "Real"ının israrla istədiyi Luis Suaresi heyətində saxlamağa çalışır. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi uruqvaylı forvardı Premyer Liqanın ən çox qazanan futbolçusuna çevirməklə onu razı salmaq niyyətindədi.
Həftəiçi "Norviç"lə keçirilən oyunda 4 qol vuran və 1 məhsuldar ötürmə verən Suaresə mövsümün sonunda yeni müqavilə təklif olunacaq. Uruqvaylı futbolçuya təklif olanacaq maliyyə şərtləri aççıqlanmasa da, bunu qəbul edəcəyi halda onun İngiltərə çempionatında ən çox qazanan oyunçu olacağı deyilir.
Qeyd edək ki, hazırda Premyer Liqanın ən çox qazanan futbolçusu “çelsi”nin yarımmüdafiəçisi Eden Hazarddı.





