Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən "Sumqayıt" – "Qarabağ" oyunu qonaqlar üçün uğurlu olmayıb. Futbolinfo.az xəbər verir ki, 3:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin heyətində Qara Qarayev matçın 20-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.
 
Hacı Əhmədovla əvəzlənən Qarayev saytımıza verdiyi açıqlamada yaşıl meydanlardan nə qədər uzaq qalacağını dəqiq bilmədiyini söyləyib:
 
“Müayinədən yeni çıxmışam. Müayinənin cavabı sabah bilinəcək. Oyun zamanı rəqib futbolçu tərəfindən dizimə təmas oldu. Əminliklə deyə bilərəm ki, “Xəzər Lənkəran”la qarşılaşmada forma geyə bilməyəcəm. Lakin müayinənin nəticəsini bilmədiyim üçün dəqiq nə qədər müddətə oynamacağımı deyə bilmərəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp