Son vaxtlar qeyri-sabit çıxış edən “Bakı”da cari mövsümdə də işlər yaxşı getmir. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı Milinko Pantiç bu uğursuzluğa görə hakimləri günahlandırır.
 
Bəs görəsən indiki durumla bağlı klub rəhbərliyi nə düşünür? Məhz bu məqsədlə “Bakı”nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxlayaraq baş verənlərə münasibətini öyrəndik.
 
Amma klub rəhbəri baş məşqçinin hakimlərlə bağlı fikirlərindən xəbərdar olmadığını dedi: “Düzü, mən Pantiçin fikirlərini eşitməmişəm. Amma deyibsə, yəqin nəsə bilir. Mən də istərdim ki, hakimliyin səviyyəsi daha yüksək olsun. Komandamızın qeyri-sabit çıxışına gəlincə, deməzdim ki, biz pis oynayırıq. Son oyunda da baxımlı futbol nümayiş etdirdik. Hələ çempionat təzə başlayıb. Qarşıda xeyli oyunlar var. Komandaya və Pantiçə güvənirik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp