FİFA dünyanın ən yaxşı qadın futbolçusu adına namizədlərin yekun siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, planetin ən yaxşısı adına iddiaçıların ilkin siyahısında olan 23 futbolçudan yalnız 3-ü bu ad uğrunda mübarizəni davam etdirə biləcək.
Bunlar mükafatın 5 qat qalibi braziliyalı Marta, almaniyalı Nadin Anqerer və ötən ilin ən yaxşısı olan ABŞ yığmasının üzvü Ebbi Vambaxdı.
Qeyd edək ki, milli komandaların baş məşqçilərinin və kapitanlarının, həmçinin jurnalistlərin arasında keçirilən sorğunun qalibinin adı 2014-cü il yanvarın 13-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbirdə açıqlanacaq.





