"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 17-ci turunda qarşılaşacağı "Rəvan"la oyunun hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, cənub klubu bu görüşə paytaxtda hazırlaşır.
 
Mustafa Dənizlinin çalışdırdığı komanda bu gün Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb. Lakin "Xəzər Lənkəran"ın məşqçilərindən biri bu hazırlıq prosesində görünməyib. Söhbət Emin Quliyevdən gedir. O, AFFA tərəfindən təşkil olunan məşqçi kursunda iştirak etdiyi üçün komandadan kənarda qalıb.
Shares: