"Yuventus" klubunun baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyunöncəsi açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında bunları deyib:
"Çətin bir oyuna çıxacağıq. Qarşımızda güclü bir "Qalatasaray" var. Matçın rəqibin meydanında olması onlar üçün üstünlükdü. Öz oyunumuzu nümayiş etdirərək qələbə qazanmağa çalışacağıq.
"Hər iki komandanın qələbə şansları eynidi. Düzdü, heç-heçə də bizim növbəti mərhələyə çıxmağımız üçün yetərlidi. Ancaq hər zaman olduğu kimi bu dəfə də qələbə qazanmaq üçün meydana çıxacağıq".





