"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas "Qızıl Top" mükafatına layiq gördüyü futbolçunun adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ispan qolkiper bu mükafata ən layiqli futbolçunun komanda yoldaşı Kriştianu Ronaldonun olduğunu deyib:
"Hazırda "Qızıl Top"a ən layiqli bir namizəd var ki, o da Ronaldodu. Ronaldo hər oyunda qələbə arzusunu, istəyini nümayiş etdirir. Bu baxımdan da builki mükafata onu layiq görürəm. Komandama gəldikdə isə biz yenə əvvəlki kimi bütün titulları qazanmaq uğrunda mübarizə aparacağıq".
Qeyd edək ki, bu il "Qızıl Top" mükafatı uğrunda Ronaldo ilə yanaşı, Lionel Messi və Frank Riberi mübarizə aparacaq.





