Fransa Liqa-1-in son turlarında “Monako”nun qolçusu Radamel Falkaonun meydana çıxmamasının səbəbi bəlli olub. Futbolinfo.az xəbər verir ki, bir neçə gündü Avropa mətbuatı onun komandasını dəyişmək üçün bu cür hərəkət etdiyini yazsa da, əsl səbəb bu deyilmiş.
 
Belə ki, oyunçu zədəli olduğu üçün "Monako"nun heyətində yer ala bilmir.
 
Falkao özü də son açıqlamasında "Monako"da qalmaq istədiyini söyləyib.
Shares: