İspaniyada təlim-məşq toplanışında olan "Bakı"nın U-14 komandası ilk yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, komandamız meydanı qalibiyyətlə tərk edib.
Səhər “Atletiko”nu bazasında məşq edən U-14 komandasının üzvləri axşam saatlarında yoldaşlıq oyunu çərçivəsində Madridli həmyaşıdları ilə qarşılaşıblar. Şakir Seyidov və Mirnahid Quliyevin qolları ilə 2:1 hesablı qələbə qazanan komandanın göstərdiyi səviyyəli oyun da diqqətləri cəlb edib.
Bu gün U-14-ün üzvləri Madridə ekskursiyaya çıxacaqlar, axşam isə Visente Kalderon stadionunda “Atletiko”nun ev oyununu izləyəcələr.





