"Yeni məşqçinin gəlişindən sonra komandada dəyişikliklər var. İndi daha yaxşı oynayırıq. Baxmayaraq ki, Mustafa Dənizli ilk oyununu birinci divizion təmsilçisi olan “Neftçala”ya qarşı keçirdi. Həmin oyunda da yaxşı nəticə əldə etdik”.
 
Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Deyvid Sakkoni deyib. Braziliyalı futbolçu Dənizli haqqında danışarkən sözlərinə belə davam edib:
 
“Dənizlinin necə komanda qurduğunu “İnter”lə oyunda da gördük. Məhz onun seçdiyi düzgün taktika nəticəsində biz səfərdə yaxşı oyun nümayiş etdirdik. Sadəcə, xırda detallar çatmadı ki, qalib gələk. Əgər komandamız yeni məşqçiylə belə davam etsə, biz uğurlu çıxış edəcəyik və Premyer Liqada vəziyyətimizi yaxşılaşdıracağıq”.
Shares: