Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Dənizlispor” klubu da növbəti matçına çıxıb.
 
Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda səfərdə “Mersin İdmanyurdu” ilə qarşılaşıb. Görüş həmyerlilərimizin komandasının minimal hesablı qələbəsiylə başa çatıb.
 
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Hazırda zədəsi olan Arifin oynamayacağı öncədən bəlliydi. Saşa isə start heyətdə çıxdığı oyunun sonuna kimi meydanda qalıb.
 
Qeyd edək ki, “Denizlispor” hazırda 8 xalla 16-cı pillədə qərarlaşıb.
 
Türkiyə PTT Birinci Liqası
9-cu tur
21 oktyabr
 
Mersin İdmanyurdu – Denizlispor – 0:1
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp