“Barselona" klubunun baş məşqçisi Xerarto Martino komandanın lideri Lionel Messi haqda maraqlı fikir səsləndirib. Futbolinfo.az xəbər verir ki, o, həmyerlisinin rəhbərlikdən daha yüksək maaş tələb etməsinə münasibət bildirib.
 
Argentinalı mütəxəssis futbolçuların müqavilələri ilə bağlı məsələlərə qarışmadığını deyib:
 
"Futbolçularımın müqavilələri ilə bağlı məsələlərə heç vaxt qarışmamışam. Bundan sonra da qarışmaq fikrim yoxdu. Düşünürəm ki, Messsi də digər futbolçular kimi oyunlara lazımi səviyyədə hazırlaşmaq üçün özünü yaxşı hiss etməlidi. Onun problemi maaşı ilə bağlıdı? Mən belə düşünmürəm. Məncə, bu özünü başqa formada göstərir".
Qeyd edək ki, Messi daha öncə verdiyi açıqlamasında maaşının artırılmayacağı təqdirdə komandadan gedəcəyini bildirmişdi.
Shares: