Dünən kəskin qar yağması səbəbilə təxirə salınan “Qalatasaray” – “Yuventus” matçı ilə bağlı UEFA son qərarını verib. Futbolinfo.az xəbər verir ki, qurumun nümayəndələri matçın baş tutacağı "Türk Telekom Arena" stadionunun ot örtüyünü nəzərdən keçirib və yekun qərar gəliblər.
 
UEFA nümayəndələri və hakimlər oyunun qaldığı yerdən davam etdirilə biləcəyini deyiblər. Son qərara görə oyun əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.
 
Qeyd edək ki, "Qalatasaray" – "Yuventus" matçı 32-ci dəqiqədən etibarən davam edəcək.
Shares: