"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"lə oyundan (2:0) sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, italyan çalışdırıcı növbəti mərhələ barədə də danışıb:
"Son dərəcə ciddi və çətin bir matç oldu. Futbolçularım istədiyim kimi oyun sərgilədilər. "Real" (Madrid) formasını geyinmək belə bizə əlavə güc verir. O forma üzərində olanda ən yaxşısı etməyə çalışırsan. Qruplarını ikinci bitirən klublardan ən təhlükəlisi "Mançester Siti"di. Ancaq bizim məqsədimiz rəqibimiz kim olursa-olsun, qalib gəlməkdi".





