Türkiyənin tanınmış məşqçilərindən olan Bülənt Uyğun karyerasını Qətərdə davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, 42 yaşlı mütəxəssis bu ölkənin "Umm-Salal" klubu ilə anlaşıb.
 
Klubun prezidenti Şeyx Faysal Bin Əhməd Əl Tani ilə 10 gün danışıqlar aparan Uyğun təklifi qəbul edib. Türk mütəxəssis yaxın günlərdə Qətərə gedərək rəsmi müqavilə imzalayacaq.
 
Uyğun son olaraq ötən mövsüm "Qaziantepspor"u çalışdırıb.
Shares: