PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç baş məşqçisi Loran Blanın televiziya proqramına müsahiəsi zaman gözlənilmədən canlı yayıma basqın edib. Onun bunu hansı səbəbdən etdiyi bəlli deyil.
Futbolinfo.az xəbər verir ki, İbrahimoviç anidən otağa girib və digər qapıdan çıxıb. Canlı yayımdan sonra İbrahimoviç verilişin aparıcısı, keçmiş Fransa gözəli Malika Menarla şəkil çəkdirməyi də unutmayıb.





