Bu gün UEFA Çempionlar Liqasının B qrupunda Türkiyənin "Qalatasaray" klubu "Yuventus"u qəbul edib. Futbolinfo.az xəbər verir ki, dünən kəskin qar yağışı səbəbilə 32-ci dəqiqədə dayandırılan matçın qalan vaxtı oynanılıb.
 
Hər iki komanda qrupdan çıxmaq üçün mübarizə aparsa da, sevinən tərəf İstanbul təmsilçisi olub. Belə ki, matçın 86-cı dəqiqəsində Didye Droqbanın başla ötürməsini Uesli Sneyder qola çevirməyi bacarıb. Matç türklərin minimal hesablı qələbəsi ilə başa çatıb.
 
Beləliklə, B qrupundan 1/8 mərhələsinə vəsiqə qazanan tərəf "Real" və "Qalatasaray" olub. "Yuventus" Avroliqaya yollandığı halda, "Kopenhagen" mübarizəni dayandırıb.
 
1
Real M
6
5
1
0
20
5
+15
16
2
Qalatasaray
6
2
1
3
8
14
–6
7
3
Yuventus
6
1
3
2
9
9
0
6
4
Kopenhagen
6
1
1
4
4
13
–9
4
Shares: