Ölkə ərazisində havanın kəskin dəyişməsi klubların da ürəyincə olmayıb. Futbolinfo.az xəbər verir ki, artıq qarın yağması bölgə xüsusilə bölgə təmsilçilərinə ilk təsirini göstərib.
 
Belə ki, Lənkəran şəhər stadionu qar altında qalıb. Klub rəsmiləri meydanın təbii ot örtüyünün zədələnməməsi üçün məşqin keçirilmə məkanını dəyişib. Məşqə çıxmalı olan Mustafa Dənizlinin komandası bu səbəbdən hazırlıq prosesini qapalı zalda keçiririb.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" Topaz Premyer Liqasının 17-ci turunda doğma azarkeşlər önündə "Rəvan"ı qəbul edəcək. Qarşılaşma 16:00-da başlayacaq.
 
 

Shares: