Ötən gecə keçirilmiş 24 oyunla Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, bu oyunlardan sonra 1/16 finalın bütün iştirakçıları müəyyənləşdi.
Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin püşkü dekabrın 16-da, Bakı vaxtı ilə saat 16:00-da atılacaq. Püşkatmada 32 klub iştirak edəcək ki, onlardan 24-cü Avroliqada qrup mərhələsini 1-2-ci yerlərdə başa vuran klublar, 8-i isə Çempionlar Liqasının qrup mərhələsini yerdə bitirən kollektivlərdi. Reqlamentə əsasən qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşacaq. Lakin püşk zamanı eyni ölkədən olan komandaların üzləşməsinə şərait yaradılmayacaq. Eyni zamanda Avroliqanın qrup qalibləri ilk oyunlarını səfərdə keçirəcəklər.
Qrup qalibləri: “Valensiya” (İspaniya), “Ludoqorets” (Bolqarısran), “Salzburq” (Avstriya), “Rubin” (Rusiya), “Fiorentina” (İtaliya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Genk” (Belçika), “Sevilya” (İspaniya), “Olimpik", (Lion, Fransa), “Trabzonspor” (Türkiyə), “Tottenhem” (İngiltərə), PAOK (Yunanıstan).
Qrup ikinciləri: “Suonsi” (İngiltərə), “Çernomorets” (Ukrayna), "Esbyerq” (Danimarka), “Maribor” (Sloveniya), “Dnepr” (Ukrayna), "Makkabi” (Təl-Əviv, İsrail), “Dinamo” (Kiyev, Ukrayna), "Slovan” (Çexiya), “Betis” (İspaniya), “Latsio” (İtaliya), “Anji” (Rusiya), "AZ Alkmaar” (Hollandiya).
Çempionlar Liqasından gələnlər: "Şaxtyor" (Donetsk, Ukrayna), "Yuventus" (İtaliya), "Benfika" (Portuqaliya), ÇSKA (Moskva, Rusiya), "Bazel" (İsveçrə), "Napoli" (İtaliya), "Porto" (Portuqaliya), "Ayaks" (Hollandiya).
Artıq bu 32 komanda püşkatma ərəfəsində 2 səbətə bölünüb. Həmin səbətlərin tərkibi ilə sizi də tanış edirik:
Səpələnmişlər: "Valensiya", "Ludoqorets”, “Salzburq”, “Rubin”, “Fiorentina”, "Ayntraxt”, “Genk”, “Sevilya” , “Olimpik" (Lion, Fransa), “Trabzonspor”, “Tottenhem”, PAOK, "Bazel", "Napoli", "Şaxtyor", "Benfika".
Səpələnməmişlər: "Suonsi Siti”, “Çernomorets”, "Esbyerq”, “Maribor”, “Dnepr”, "Makkabi” (Təl-Əviv), “Dinamo” (Kiyev), "Slovan”, “Betis”, “Latsio", “Anji”, "AZ Alkmaar”, "Ayaks", "Porto", "Viktoriya", "Yuventus".





