İspaniyanın "Atletiko" (Madrid) klubunun hücumçusu David Vilya maraqlı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, ispan forvard ötən yay İngiltərənin "Arsenal" klubundan təklif aldığını etiraf edib.
Həmin vaxt "Barselona" onu buraxmadığına görə, Vilya Premyer Liqa klubuna keçə bilməyib: "Arsenal" mənə çox cəlbedici təklif göndərmişdi. Lakin həmin vaxt "Barselona" məni London klubuna buraxmadı. Nəticədə "Atletiko"ya transfer olundum. Bundan heç də peşman deyiləm. "Atletiko"nun formasını geyindiyim üçün çox şadam".





