"Çelçi"nin baş məşqçisi Joze Mourinyo komandanın üç veteran futbolçusu – Con Terri, Frank Lempard və Eşli Koulun taleyi ilə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, portuqal mütəxəssis mövsümün sonundu müqaviləsi bitəcək hər üç futbolçuya yeni müqavilə təklif olunacağını deyib:
 
"Fikrimcə, onların müqaviləsinin bitməsi nə məni, nə klubu, nə də futbolçuları narahat edir. Onlar "Çelsi"də qalmaq istəyir. Hər üç futbolçumuzun karyeralarının son illərindən zövq almasını və rahat oynamasını istəyirik. Adı çəkilən oyunçularla mövsümün sonunda danışıqlar masasına oturacağıq".
Shares: