"Barselona"nın prezidenti Sandro Rosell Pep Qvardiola ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, klub rəhbəri Kataloniya təmsilçisi  ilə böyük uğurlara imza atan mütəxəssis üçün qapılarının həmişə açıq olduğunu bildirib.
 
Rossel Pepi "Barsa"nın ən uğurlu çalışdırcısı adlandırıb: "Klub tariximizin ən yaxşı baş məşqçisi Qvardioladı. "Barselona"nın qapısı hər zaman onun üzünə açıqdı".
"Barselona"nın prezidenti hazırkı baş məşqçi Xerardo Martinodan razı olduqlarını bildirib: "O, son dərəcə cəsur və futbolu çox yaxşı bilən mütəxəssisdi. Qazandığı nəticələrlə doğru seçim etdiyimizi göstərir".
 
Rossel Lionel Messi və Andres İnyestanın komandadan ayrılacağı ilə bağlı xəbərləri təkzib edib. O, Messinin "Qızıl Top"u qazanmağa ən real namizəd olduğunu bildirib: "Ötən mövsüm oyunçuların göstərdiyi performansa görə səs veriləcəksə, şüphəsiz ki, Messi hamıdan yaxşıdı. Ardıcıl 4 dəfə "Qızıl top"u qazandığı üçün insanlar yeni üz görmək istəyir. Mənim fikrimcə, mükafat yenə Messiyə verilməlidi".
Shares: