Bu gün Topaz Premyer Liqasının 17-ci turunun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Bakı"nın təlim-məşq bazasının stadionunda paytaxtın eyniadlı komandası lider "Qarabağ"la münasibətlərinə aydınlıq gətirir.
 
Bu görüşdə "Bakı"nın heyətində bəzi dəyişikliklər diqqət çəkir. Bunlardan ən diqqətçəkəni şübhəsiz ki, yığmamızın da 1 nömrəsi olan qapıçı Kamran Ağayevin uzun fasilədən sonra ilk dəfə start heyətdə yer almasıdı. O, xeyli müddət idi ki, zədədən əziyyət çəkirdi.
 
"Zolaqlılar"ın heyətindəki digər "geridönüş" Şəhriyar Əliyevlə bağlıdı. O da uzun müddət idi ki, zədəliydi və nəhayət tam sağalan müdafiəçi Milinko Pantiç tərəfindən ilk dəqiqələrdən mübarizəyə atılıb.
Shares: