Bu gün Topaz Premyer Liqasının 17-ci turunun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Bakı"nın təlim-məşq bazasının stadionunda paytaxtın eyniadlı komandası lider "Qarabağ"la qarşılaşır.
Bu görüşün ilk yarısında maraqlı hadisə baş verib. Belə ki, Oyunun gedişatında baş hakim Rəhim Həsənovun verdiyi qərara etiraz edən "Qarabağ" azarkeşləri polis hədəsinə məruz qalıblar: "Söyüş söyməyin, yoxsa barənizdə 15 sutkalıq tədbir görərik"!





