2014-cü ildə Braziliyada keçiiləcək Dünya Çempionatına hazırlıqlar növbəti faciə ilə sonluqlanıb. Futbolinfo.az xəbər verir ki, İtaliya və İngiltərə millilərinin matçını qəbul edəcək Manausdakı stadionda 23 yaşlı fəhlə arenanın dam örtüyünün təmiri zamanı zəncirin qırılması nəticəsində 35 metrlik hündürlükdən yerə çırpılıb.
 
Nəticədə o həyatını itirib. Xatırladaq ki, bu DÇ-na hazırlıq prossesində qeydə alınan 3-cü ölüm faktıdı.
Shares: