"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları "Rəvan"la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar"ın türkiyəli çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
“Bizim üçün vacib oyun idi. Növbəti oyunumuzda da qalib gələcəyimizə inanıram. Hər oyunda futbolçular bir-birini daha da yaxşı başa düşəcək, turnir cədvəlində irəliləyəcəyik”.
Shares: