"Real"ın (Madrid) futbolçusu Qaret Beyl maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, Britaniya mətbuatına danışan uelsli yarımmüdafiəçi Karlo Ançelotti Zinəddin Zidan və Kriştianu Ronaldo haqda müsbət fikirlər səsləndirib:
"Ançelotti çox yaxşı çalışdırıcıdı. O, oyunçuları ilə zarafat etməyi sevir. Paul Klement kimi ingiliscə danışa bilən köməkçisinin olması mənim üçün çox yaxşı oldu. Zidan da bizimlə məşqlərdə iştirak edir. İndi o, forma geysə, yenə çox yaxşı təsir bağışlayardı. Ronaldo isə çox əyləncəli biridi. Mənə mütəmadi olaraq tövsiyələr verir. Onunla çoxlu zarafatlarımız olur".





