Dekabrın 18-də AFFA-nın inzibati binasında keçiriləcək İcraiyyə Komitəsinin növbəti iclasının başlanma vaxtı dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, iclas, əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 11:00-da yox, saat 10:00-da başlayacaq.
 
Gündəliyə daxil edilmiş məsələləri bir daha diqqətinizə çatdırırıq:
 
1. Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi
2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması
3. AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi
4. Digər məsələlər
Shares: