"Xəzər Lənkəran"ın fəxri prezidenti, "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun başı qaldadı. Futbolinfo.az xəbər verir ki, Türkiyədə yaşayan ünlü iş adamının ailəsində problem yaranıb.
 
Belə ki, onun Ülviyyə Qasımova adlı başqa bir sevgilisinin olduğu üzə çıxıb. Türkiyə mətbuatının iddiasına görə, məhz bu üzdən Mənsimovun həyat yoldaşı Tamara Qurbanoğlu həyat yoldaşı ilə nigahdankənar yaşayan Qasımovanı məhkəməyə verib. Xanım Mənsimova evlilik birliyini dağıtdığı və həyat yoldaşıyla gizli sevgi yaşadığı üçün həmin qadına qarşı 1 milyon TL dəyərində təzminat davası açıb.
Shares: