Türkiyə millisinin baş məşqçisi Fatih Terim dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl Top" mükafatı üçün seçimini edib. Futbolinfo.az xəbər verir ki, o, birinci yerə Portuqaliya millisinin və Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldonu layiq görüb:
"Ronaldo bu mövsüm göstərdiyi oyunla hər kəsi qabaqladı. Bu səbəbdən ilk seçimim o oldu. Məncə, bu ilki mükafat Ronaldonun olacaq".
Təcrübəli mütəxəssis ikinci pilləyə "Barselona"nın hücumçusu Lionel Messini layiq gördüyünü söyləyib. Terim üçün dünyanın ən yaxşı üçüncü futbolçusu isə "Bavariya"dan Aryen Robbendi.





