"Mançester Siti" klubunun aparıcı futbolçularından olan Serxio Aquerodan gələn xəbər komandada mənfi əhval oyadıb. Futbolinfo.az xəbər verir ki, argentinalı 6 həftəlik sıradan çıxıb.
Buna hücumçunun premyer liqada "Arsenal"la matçda (6:3) zədələnməsi səbəb olub. Sözügedən qarşılaşmanın 47-ci dəqiqəsində forvard oyunu tərk etmək məcburiyyərində qalmışdı. Klubun baş məşqçisi Manuel Pelleqrini futbolçusunun durumunun ciddi olduğunu açıqlayıb.
Aquero bu mövsüm forma geyindiyi 20 qarşılaşmada 19 qol vurub.





