Belçika Futbol Federasiyasının icraçı direktoru Stiven Martins maraqlı açıqlamaları ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, o, həmyerlisi olan FIFA prezidenti Yozef Blatteri istefaya səsləyib:
"Blatter özünü artıq gülünc vəziyyətə salıb. Qərarlarında tez-tez yanlışlıqlara yol verir. FIFA kimi quruma başçılıq etməyə qadir deyil. Məncə onun istefaya getməsinin vaxtı çatıb".
Bu açıqlamadan sonra Blatter Martinsə hər hansı cavab verməyib.





