İspaniya nəhəngi “Barselona” yeni rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi ardıcıl 54 turda La Liqada liderlik kreslosunu heç kimə verməyərək İspaniyada yeni rekord müəyyənləşdirib.
"Barsa" ölkə çempionatının cari turunu da lider kimi başa vurmaqla buna nail olub.
Katalonlar bunadək əzəli rəqibi Madrid “Real”ının gerisində qalırdı. Belə ki, “Kral Klubu” 1986-88-ci illərdə ardıcıl 53 tur zirvədə qalmışdı.






