Dekabrın 18-də AFFA İcraiyyə Komitəsi millimizin baş məşqçisi ilə bağlı yekun qərarını açıqlayacaq. Futbolinfo.az saytına müsahibəsində yığmamızın və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Berti Foqtsun yığmadakı fəaliyyətini davam etdirməsinin tərəfdarı olduğunu dilə gətirib:
 
"Foqts yığmamızın oyunlarında mənə də şans verir. Fikrimcə, almaniyalı mütəxəssis qalsa, daha yaxşı olar. Yeni məşqçi gəlsə, hər bir futbolçu kimi, mən də özümü ona göstərməyə çalışacam. Onun özünün də komandamıza uyğunlaşmasına xeyli vaxt lazım gələcək. Amma Foqts futbolçularımızı daha yaxşı tanıyır. Mənə güvənib, oyunlarda iştirak etməyimə imkan yaradır. Foqtsun qalmasını çox istəyirəm. Ancaq bizim qərarımız heç nəyi həll etmir".
Shares: