Madrid "Real"ının və Almaniya millisinin yarımmüdafiəçisi Sami Hedira gələn ay komandanı tərk edə bilər. Futbolinfo.az xəbər verir ki, İngiltərə klubları təcrübəli futbolçunun xidmətində maraqlıdı.
Ada mətbuatı məlumat verir ki, futbolçu ilə "Mançester Yunayted" və "Arsenal" klubları ciddi şəkildə maraqlanır. Hediranın transfer dəyəri isə 20 milyon avro göstərilir.





